Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Noyabr 2013

Pakistan taliblərinin lideri öldürüldü

Talibanın “Təhrik-e Taliban-e Pakistan” qruplaşmasının lideri Hakimulla Məsud öldürülüb.

“Röyter”in məlumatına görə, ABŞ pilotsuz təyyarəsinin hücumu zamanı qruplaşma lideri həyatını itirib.

Hücum zamanı daha 3 silahlının öldürüldüyü də ehtimal edilir.

H.Məsudun noyabrın 2-də Şimali Vəziristanda dəfn ediləcəyi gözlənilir.

Xatırladaq ki, terror qruplaşmasının liderinin öldürülməsi haqqında bir neçə dəfə məlumat yayılsa da, H.Məsud özü onları təkzib edib.
“İTAR-TASS” isə xəbər verir ki, Pakistan Taliban Hərəkatı liderlərinin ölümünü təsdiqləyib.
2234 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı