Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyul 2014

İsrailə fosfor və civə bombası iddiası – Foto

Fələstin hökumət nümayəndələri Qəzzada İsrailin fosfor və civə bombasından istifadə etdiyini iddia edib.

Hökumət nümayəndələrinin bildirdiyinə görə, İsrail ordusu Tuffah, Şəcaiyyə və Zeytun şəhərlərinə fosfor bombaları atıb. Kimyəvi silahlara qarşı dərmanlarının olmadığını bildirən həkimlər kütləvi insan qırğını olacağıyla bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, İsrailin 2009 və 2012-ci illərdə baş verən hücumlarında fosfor bombasından istifadə edib.

Qadağan olunmuş silahların istifadəsi ilə bağlı daha bir iddia isə mismar bombası ilə bağlıdır.

Cenevrə müqaviləsinə görə, qadağan olunmuş bomba, ətrafa hər biri 3 sm uzunluğunda 5 min mismar sıçradır. Fələstin İnsan Haqları Mərkəzinin verdiyi məlumata görə, bu bombadan Xan Yunusun şərqində altı dəfə istifadə edilib.

Xatırladaq ki, bu günə olan xəbərlərə görə, Qəzza bölgəsində ölənlərin sayı 720-ni keçib. Ölənlərin 154-ü uşaq, 58-i qadın, 28-ininsə yaşlı olduğu bildirilir. 





1171 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:18
ABŞ-DA Sİ