Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyul 2014

İcra başçısı 5 milyonluq villa aldığını təsdiqlədi - Foto

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov “Azad Azərbaycan” Teleradio Şirkətinin (ATV) sabiq prezidenti Tağı İbrahimovun Novxanıda yerləşən 4.5 milyonluq villasını alması barədə yayılan məlumatlara münasibət bildirib.

B.Səfərov açıqlamasında haqqında yayılan məlumatlara maraqlı cavab verib:

“Lap 5 milyon yazsınlar. Hamı villa ala bilər, mən yox? Belə şeylərə fikir vermək lazım deyil”.

B.Səfərov jurnalistin “Vila almağınız barədə xəbərlər doğrudur?” sualına belə cavab verib:

“Bu, yalan və ya doğru məlumat ola bilər. Məndə o qədər pul hardandır? O qədər pulum yoxdur”.

Sonra B.Səfərov zarafatla deyib ki, həmin villa dəyişdirilib: “Villanı alğı-satqı etməmişik, “barter” etmişik (Red: gülür)”.

Xatırladaq ki, Tağı İbrahimovun Novxanıdakı möhtəşəm villasını 4,5 milyona satdığı barədə ekskluziv xəbəri Axar.az saytı olaraq biz yayımlamışıq. Onun tanınmış icra başçılarından birinə satıldığı haqda məlumat redaksiyamızda olsa da, təsdiqlənmədiyi üçün açıqlamamışdıq.


1151 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...