Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyul 2014

Şəmkirdə bıçaqlanma: 1 ölü, 1 yaralı

Şəmkirdə qətl törədilib. Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Moral kəndində qeydə alınıb.

Kənd sakini, 1979-cu il təvəllüdlü Mübariz Zamanov və onun tanışı, 1986-cı il təvəllüdlü Elşən Nəcəfov aralarında yaranmış münaqişə zəminində bir-birinə bıçaq xəsarətləri yetiriblər. M. Zamanov aldığı xəsarətdən dünyasını dəyişib.

E. Nəcəfov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib./apa/
1365 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:11
Türkiyədə