Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyul 2014

Hindistanda yeniyetmənin 232 dişi çıxarılıb - Foto

Hindistanda həkimlər yeniyetmənin çənəsində 232 diş çıxarıb.

Bu əməliyyat mütəxəssislər 7 saat vaxt sərf edib.

Mumbay xəstəxanası stomatoloji şöbəsindən bildirilib ki, 17 yaşlı Aşik Havay çənəsinin sağ tərəfindəki şişdən şikayətlənib.

18 ay imiş yeniyetmə bundan əziyyət çəkirmiş. Nəhayət o, yaşadığı kənddən Mumbaya, ağrıların səbəbini öyrənməyə gedib.

Həkimlər bunu “çox nadir hadisə” və “dünya rekordu” kimi dəyərləndiriblər.

Aşikin çənəsindən çıxarılan “kiçik ağ mirvarilər” odontoma, bir damağın çoxlu diş əmələ gətirməsi nəticəsində yaranıb.

“Bu özünə məxsus xoş xassəli şişdir”-deyə, klinikanın həkimi bildirib.

Hazırda hindistanlı yeniyetmənin 28 dişi var.






1218 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP