Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyul 2014

Fələstində bir sutkada yüzdən çox ölü

Yerli Səhiyyə nazirliyinin yaydığı məlumata görə Qəzzada İsrail əməliyyatı zamanı cümə axşamından cüməyə keçən gecə ölənlərin sayı 120 nəfərə çataraq bu günə kimi ən qanlı gecələrdən biri olub. ANS PRESS-in məlumatına görə, nazirlikdən bildiriblər ki, bir həftə əvvəl quru döyüşlərinə keçid alan münaqişənin 18-ci günündə ölənlərin ümumi sayı 800 nəfərə çatıb. Bunlardan 200 uşaq, 75 qadın, 40 ahıl olduğu diqqətə çatdırılır. Yaralıların sayı isə 5 130 nəfərə çatıb. Dəqiqləşdirilmiş məlumatlara əsasən şimal şəhəri olan Beyt-Xanunda yerləşən BMT məktəbinin atəşə tutulması nəticəsində 17 fələstinli həlak olub, iki yüzü isə yaralanıb. Məktəbdə müharibə bölgəsində evlərini atıb qaçan köçkünləri qəbul edən məntəqə də mövcud olub.

Qurbanların əksəriyyəti yenə də qadın, qoca və uşaqlardır. Zərərçəkmişlər arasında məktəbin himayədarı olan BMT-nin Yaxın Şərq üzrə qaçqınlara kömək agentliyinin üzvləri olmayıb. Elə həmin agentliyin məlumatına görə 1,7 milyon əhalisi olan Qəzzada 140 min insan ölkədaxili köçkündür. Onlar bölgə boyu yayılan BMT-nin 83 məktəb məntəqəsində sığınacaq tapıblar.
1233 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 09:14