Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyul 2014

Netanyahuya təşəkkür edən jurnalist öldü

Qəzzaya qarşı başlatdığı hərəkata görə İsrail baş naziri Benyamin Netanyahuya təşəkkür edən misirli qadın jurnalist qəflətən ölüb. Qahirənin 100 kilometrliyindəki Ayn əl Suhnada yerləşən bağ evində qəflətən vəziyyəti pisləşərək ölən İzzə Saminin dəqiq ölüm səbəbini müəyyənləşdirmək mümkün olmayıb.

Qeyd edək ki, Sami sosial şəbəkədəki şəxsi səhifəsində İsrail baş naziri Netanyahuya təşəkkür etmişdi.

“Allah sənin kimilərin sayını çoxaltsın və İxvanın (İxvanul müslimin-Müsəlman qardaşlar) cəsusluq, xainlik və korrupsiya qolu olan “HƏMAS”ı yox edəsən. And içirəm ki, bu elədiklərin haramdır deyənlərə nə edəcəyimi bilmirəm” – deyə qadın jurnalist ismarışında qeyd edib.

Misirdə nəşr olunan “Misri əl Yevm” qəzeti qadının ölüm xəbərini, “Təşəkkürlər Netanyahu sözünün sahibi öldü” başlığı ilə verib./ans/
1337 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP