Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyul 2014

İsrail bombardman ediləcək

İsrail-Fələstin qarşıdurmasında dinc müsəlmanların həlak olması bir sıra islami hərəkatları narahat etməyə başlayıb.

"Fələstin İslam Cihadı" hərəkatının silahlı qanadı olan Qüds hərbçiləri İsrailə qarşı "mühasirəni yarmaq" adı altında hərbi əməliyyat keçirəcəyini açıqlayıb.

"Qüds səriyyələri" adlandırılan hərbçi qruplaşma günlərdir mühasirə altında olan Qəzzaya görə İsrailin paytaxtı Təl-Əviv şəhəri də başda olmaqla, bir sıra şəhərlərini 115 raketlə bombardman edəcəklərini bildiriblər.

Əməliyyatlar çərçivəsində hədəf seçilən şəhərlər bunlardır: Təl-Əviv, Aşdod, Birşeva (Biri Səba), Askalan və İsrailin cənubundakı Qəzza zolağında bəzi məntəqələr./ans/
1254 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber