Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyul 2014

İsrail səfirliyinin qarşısında kütləvi aksiya - Foto

Bu gün İsrailin Azərbaycandakı səfirliyi qarşısında Azərbaycan İslam Partiyasının təşəbbüsü ilə Beynəlxalq Qüds günü münasibətilə “Biz zülmə yox deyirik!” şuarı altında kütləvi aksiya-piket keçirilib. Piketə yüzdən artıq İslamçı fəal, sadə insanlar və AİP funksionerləri qatılıb.

Aksiyada İsrailin qəsbkarlıq niyyətləri və əməllərinə qarşı “rədd olsun işğalçı rejimlər”, “Qəzzada müsəlman qətliamını dayandırın”, “Müqəddəs torpaqlardan- Qüdsdən murdar caynaqlarınızı çəkin!”, “Qarabağın işğalı Qüdsün işğalının davamıdır”, “Qəsbkarlara ölüm olsun”, “Sionist işğalçı İsrail rejiminə dünya birliyini yox deməyə çağırırıq”, Dünyanın bütün müsəlmanları, tərəqqipərvər insanlar, bəşəri cinayətlərə imza atan və onu davam etdirən qəsbkar, qondarma İsrail dövlətinə qarşı birləşin!” şüarları səsləndiriblər. Piketdə qəbul olunmuş qətnamə oxunub.


Zülmə etiraz edənlərin 44 nəfərini Yasamal Rayon Polis İdarəsinin əməkdaşları saxlayaraq 27-ci polis bölməsinə aparıb.

Aldığımız məlumata görə, Qüds günü ilə bağlı aksiyaya hazırlıq görən AİP-in Masallı rayon şəbəsinin bir qrup fəalı gecə ilə polis şöbəsinə aparılıb./İslaminsesi/

İsrail səfirliyi qarşısında kütləvi aksiya - FOTO - VİDEO









1525 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber