Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Noyabr 2013

Saakaşviliyə qarşı cinayət işinin anonsu verildi

Gürcüstanın baş prokuroru Arçil Kbilaşvili hazırkı mərhələdə fəaliyyətdə olan prezident Mixail Saakaşvilinin dindirilməsinə ehtiyac görmür. Bununla belə, baş prokuror nə vaxtsa Saakaşvilinin də Zurab Jvaniyanın ölümü ilə bağlı istintaqa çağırılacağını istisna etməyib.

Arçil Kbilaşvili onu da deyib ki, hazırda araşdırılan xeyli iş, o cümlədən, maliyyə-iqtisadi sahə ilə bağlı işlər var: “Məsələn, dövlət əmlakının prezidentin göstərişi ilə simvolik qiymətə - 1 lari və ya pulsuz özəlləşdirilməsi ilə bağlı 27 min fakt məlumdur”.

Zurab Jvaniya “Qızılgül inqilabı”nın liderlərindən olub. O, 2005-ci il fevralın 3-ünə keçən gecə Tiflisdə qaldığı mənzildə ölü tapılıb. İstintaqın rəsmi məlumatına görə, Jvaniya bədbəxt hadisə üzündən - qızdırıcının nasazlığından əmələ gələn dəm qazından boğulub.

Ötən bazar günü Gürcüstanda keçirilən prezident seçkilərində “Gürcü arzusu” koalisiyasının namizədi Georgi Maqvelaşvili qalib gəlib.
2117 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 08:14