Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyul 2014

"Qüds və Qarabağ eyni dərddə" konfransı keçirilib

Konfransda Qüds ilə bağlı müəyyən mövzular müzakirə olunubdur

Bu gün BMM-də Azərbaycan Birlik Təşkilatının “QÜDS VƏ QARABAĞ EYNİ DƏRDDƏ!”– YAXIN ŞƏRQDƏ GEOPOLİTİK VƏZİYYƏT VƏ AZƏRBAYCAN" mövzusunda virtual konfransın əsasında Azad Qarabağ Alyansının dəstəyi ilə əyani konfrans baş tutub.

İslamazeri.az-ın verdiyi xəbərə görə, konfransın moderatoru Azad Qarabağ Uğrunda Alyansın koordinatoru Rövşən Əhmədlidir.

Konfransda "Ədalət" partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov, Vəhdət Partiyasının sədri Tahir Kərimli, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu, "Məşəl" İB sədri Alman Abbasov, Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərova, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli, “Qarabağ Əlilləri və Veteranları” ictimai birliyinin sədri Növrəstə Yusifova, “Əsgər Analarına Dəstək” ictimai birliyinin sədri Növrəstə İbrahimova, “Qarabağ Qazilər Birliyi”nin sədri Etimad Əsədov, “Mina Qurbanlarına Dəstək” ictimai birliyinin sədri, "Sağlam mühit, sağlam gələcək" İB təsisçisi Akif Salehli, QAT müavini Fəridə Əsgərova, "Şəms" cəmiyyətinin sədri Abdullayeva Şəfəq, AİP sədrinin sabiq müavini Akif Qəniyev, AİP Xaçmaz komitəsinin sədri Məmmədov Rauf, ilahiyyatçı Yusif Bağırov, Məmmədhəsən Həsənov, Azadxeber.net saytının baş redaktoru, ilahiyyatçı Emil Rahiloğlu, ilahiyyatçı Oktay Müntəzir, "Vətən Müharibəsi Əlilləri" cəmiyyətinin sədri Firudin Məmmədov, Təkamül Tərcümə Mərkəzinin rəhbəri Ceyhun Cəfərov, Xeberlent.az saytının baş redaktoru Bəhruz Salmanov, Nardaran ağsaqqalı Natiq Kərimov, sabiq AİP sədri Hacı Ağa Nuri, İslamazeri.az saytının redaktoru Tural Əli, İslamaz.com saytının rəhbəri, ilahiyyatçı-yazar Bəhruz Əlizadə, həmçinin tədbirdə İslamaz.com, Birlik.az saytlarının əməkdaşları da iştirak edib./islamazeri/
1361 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...