Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyul 2014

Hacı Tale Bağırovun məhkəməsi keçirilib

Məhkəmə həbs müddətinin 6 ay uzadılması ilə bağlı keçirilib

İyulun 24-də Sabunçu rayon Məhkəməsində hakim Süleyman Ağayevin sədrliyi ilə ilahiyyatçı Hacı Tale Bağırovun kamerasında mobil telefon tapılması ittihamı ilə bağlı məhkəmə prosesi keçirilib.

Bağırovun vəkili Elvin Nəbiyevin İslamazeri.az-a verdiyi məlumata görə, bugünkü prosesdə Tale Bağırovun özü dindirilib: “Cəzaçəkmə müəssisəsindən olan şahidlər gəlməmişdilər. Ancaq özünün telefonla danışdığı şahidlər dindirildi. Onlar da Tale Bağırovun onlarla telefon əlaqəsi saxladıqlarını etiraf elədilər. Bundan sonra proses buradaca yekunlaşdı ki, bu işlə bağlı digər təqsirləndirilən şəxslər də məhkəməyə gəlsinlər” - deyən vəkil növbəti məhkəmənin 7 avqust saat 11:00-da davam edəcəyini bildirib.

Xatırladaq ki, ilahiyyatçı Tale Bağırov ötən ilin martın 31-də tutulub. İlahiyyatçı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, qanunsuz olaraq narkotik vasitə saxlamada ittiham olunur. Sabunçu Rayon Məhkəməsi Taleh Bağırov haqqında iki aylıq həbs qətimkan tədbiri seçib. Aprelin 11-də Bakı Apellyasiya Məhkəməsi Sabunçu Rayon Məhkəməsinin qərarından verilmiş şikayəti təmin etməyib. Noyabrın 1-də Sabunçu rayon Məhkəməsi Tale Bağırov barəsində 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb./islamazeri/
1317 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.17, 14:49
KARİKATURA
24.05.17, 10:09
Çaya HİL əlavə edin
24.05.17, 09:52
KARİKATURA
24.05.17, 09:48
YENƏ İNTİHAR
23.05.17, 15:58
Astara sakini intihar edib
23.05.17, 08:48
Hakimiyyətin borc cehizi