Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyul 2014

Ermənilər Ağdam və Goranboy təmas xəttini keçməyə cəhd göstərib

Şiddətli atışmadan sonra erməni bölmələri itki verərək geri çəkilməyə məcbur edilib

İyulun 25-dən 26-a keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Goranboy rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb.

Qısamüddətli şiddətli atışmadan sonra erməni bölmələri itki verərək geri çəkilməyə məcbur edilib.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç bir itki verməyib./apa/
1359 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber