Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyul 2014

Ermənilər iki mülki şəxs yaralanıb - Foto

Azərbaycan Müdafiə Nazirliyi faktı təsdiqləyib.

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət yenidən gərginləşib.

Yerli sakinlərin verdikləri mlumata görə, bu gün axşam saatlarından başlayaraq Tovuz rayonunun Əlibəyli kəndi Ermənistan silahlı birləşmələri tərəfindən intensiv atəşə tutulub.


Azərbaycan Ordusu düşmənə adekvat cavab verib.

Tovuz Mərkəzi rayon Xəstəxanasının baş həkimi Paşa Muradovun verdiyi məlumata görə, atışma nəticəsində Tovuz rayonunun Əlibəyli kəndinin iki sakini, 1997-ci il təvəllüdlü Fərid Nəbi oğlu Məmmədov və 1962-ci il təvəllüdlü Anya Qara qızı Ələkbərova yaralanıblar. Onlar Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxananın baş həkinin müavini Səyyad Yusifov isə bildirib ki, Fərid Məmmədov çənəsindən güllə yarası alıb. Anya Ələkbərovaya isə qarının ön divarının küt travması diaqnozu qoyulub. “Görünür, ona güllə dəyməyib. Güllə harasa dəyib və Anya Ələkbərova ya gülləbarandan qaçanda, ya da başqa bir şəraitdə xəsarət alıb”, - baş həkimin müavini deyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Bildirilib ki, Ermənistan silahlı birləşmələri Tovuz istiqamətində atəşkəs rejimini pozub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənə cavab atəşi verir. Hərbçilər arasında ölən və ya xəsarət alan yoxdur.

Qeyd edək ki, hadisədən bir az sonra Tovuzdan seçilmiş millət vəkili Qənirə Paşayeva yaralılara rayon xəstəxansında baş çəkib.

Tovuz Mərkəzi rayon Xəstəxanasının baş həkimi Paşa Muradovun verdiyi məlumata görə, Bakıdan mobil – tibbi briqada Tovuza yola düşüb. “Mütəxəssislər xəstələrə baxacaqlar. Ehtiyac olsa, onlar Bakıya aparılacaq. Tərəfimizdən hər iki xəstəyə lazımı bütün tibbi müdaxilələr edilib”, deyə P.Muradov bildirib./apa/



1418 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...