Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyul 2014

ABŞ-da növbəti silahlı insident baş verib

Çikaqoda naməlum şəxs yoldan keçənləri atəşə tutub, 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb

ABŞ-ın Çikaqo şəhərində (İllinoys ştatı) naməlum şəxs yoldan keçənləri atəşə tutub.

İTAR-TASS agentliyinin verdiyi xəbərə görə, nəticədə 12 yaşlı oğlan ölüb, daha 5 nəfər xəsarət alıb.

Onların arasında da uşaqların olduğu bildirilir. Xəstəxanaya yerləşdirilən 4 nəfərdən 2-nin vəziyyəti ağır kimi qiymətləndirilir. Şahidlərin sözlərinə görə, atəş avtomobildən açılıb. İnsidentlə bağlı polis tərəfindən araşdırmalara başlanılıb./apa/
1123 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber