Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Oktyabr 2013

AL-nın qrup mərhələsində II turun oyunları keçirilib

Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçirilib.

Apasport-un verdiyi xəbərə görə, 12 qrupda baş tutan 24 görüş 3 müxtəlif vaxtda keçirilib. Rusiya və Qazaxıstan təmsilçiləri öz oyunlarını evdə keçirdiyindən 4 görüş digərlərindən tez başlayıb.

Günün bir sıra qarşılaşmaları liderlərin dueli ilə əlamətdar olub. Belə ki, ilk turda qalib gələnlər bir-biri ilə üz-üzə gəlib. A qrupunda “Suonsi” “Sent Qalleni”, E qrupunda “Fiorentina” “Dnepr”i, G qrupunda “Genk” “Tyun”u, məğlub edərək vahid liderliyə yüksəlib. L qrupunda isə PAOK səfərdə “Alkmaar”la 1:1 hesabı ilə bərabərə qalsa da Birinci yerdə qərarlaşa bilib.


Qrup mərhələsinə qələbə ilə başlayan daha 2 komanda isə Türkiyədə üz-üzə gəlib. Azərbaycan azarkeşlərinin də diqqətini çəkəcək görüşdə “Trabzonspor” “Latsio”nu qəbul edib. İlk turda minimal hesablı qələbə qazanan rəqiblər bu dəfə 3:3 hesablı heç-heçə ilə xalları yarı bölüb.

Avropa Liqası, qrup mərhələsi
II tur

3 oktyabr

A qrupu
“Kuban” (Rusiya) – “Valensiya” (İspaniya) - 0:2
QOL: Alkaser, 73, Feqouli, 81
“Suonsi” (İngiltərə) – “Sent Qallen” (İsveçrə) - 1:0
QOL: Rutledq, 52

B qrupu
“Ludoqorets” (Bolqarısran) – “Dinamo” (Xorvatiya) - 3:0
QOL: Juninyo, 12, Misican, 34, Dyakov, 61
“Çernomorets” (Ukrayna) – PSV (Hollandiya) - 0:2
QOL: Depay, 13, Jozefzun, 88

C qrupu
“Esbyerq” (Danimarka) – “Zalsburq” (Avstriya) - 1:2
QOL: Diuf, 89 - Alan, 6, 38
“Elfsborq” (İsveç) – “Standard” (Belçika) - 1:1
QOL: Klisson, 23 - Bia, 62

D qrupu
“Rubin” (Rusiya) – “Zulte Varegem” (Belçika) - 4:0
QOL: Duplus, 60 (avtoqol), Yeremenko, 73, Ryazantsev, 81, Natxo, 89
“Uiqan” (İngiltərə) – “Maribor” (Sloveniya) - 3:1
QOL: Povell, 22, 90, Vatson, 34 - Morales, 60

E qrupu
“Dnepr” (Ukrayna) – “Fiorentina” (İtaliya) - 1:2
QOL: Seleznyov, 57 - Rodriqez, 53 (pen.), Ambrosini, 73
Qırmızı vərəqə: Pizzaro, 86 (“Fiorentina” )
“Pakuş Ferreyra” (Portuqaliya) – “Panduri” (Rumıniya) - 1:1
QOL: Miqel, 49 - Momsilovuç, 5

F qrupu
APOEL (Kipr) – “Ayntraxt” (Frankfurt, Almaniya) - 0:3
QOL: Borda, 27 (avtoqol), Lakiç, 59, Yunq, 66
“Bordo” (Fransa) – “Makkabi” (Təl-Əviv, İsrail) - 1:2
QOL: Jussye, 48 - Bakar, 71, Miça, 79

G qrupu
“Rapid” (Avstriya) – “Dinamo” (Ukrayna) - 2:2
QOL: Burqstaller, 53, Trimmel, 90 - Yarmolenko, 30, Dibon, 33 (avtoqol)
“Genk” (Belçika) – “Tyun” (İsveçrə) - 2:1
QOL: Qoruis, 55, Vossen, 63 - Martines, 90

H qrupu
“Sevilya” (İspaniya) – “Frayburq” (Almaniya) - 2:0
QOL: Perotti, 63 (pen.), Bakka, 90
Qırmızı vərəqə: Fallou Diaqne, 62 (“Frayburq”)
“Libetrets” (Çexiya) – “Eştoril” (Portuqaliya) - 2:1
QOL: Sural, 15, Kovaç, 62 - Luiş Lil, 45
Qırmızı vərəqə: Sakey, 83 - Bruno Miqel, 38

I qrupu
“Riyeka” (Xorvatiya) – “Betis” (İspaniya) - 1:1
QOL: Benko, 10 - Sedrik, 14
“Lion” (Fransa) – “Gimaraynş” (Portuqaliya) - 1:1
QOL: Qonalons, 53 - Maazou, 39
Qırmızı vərəqə: Maazou, 90 (“Gimaraynş”)

J qrupu
“Legiya” (Polşa) – “Apollon” (Kipr) - 0:1
QOL: Sanqoy, 56
“Trabzonspor” (Türkiyə) – “Latsio” (İtaliya) - 3:3
QOL: Yusuf Ərdoğan, 12, Adrian, 22, Enrike, 35 - Onazi, 29, Flokkeri, 84, 85

K qrupu
“Anji” (Rusiya) – “Tottenhem” (İngiltərə) - 0:2
QOL: Defo, 34, Çadli, 39
“Tromse” (Norveç) – “Şerif” (Moldova) - 1:1
QOL: Ondrasek, 65 - Rikardinyo, 87
Qırmızı vərəqə: Xuan Alvarado Melli, 73 (“Şerif”)

L qrupu
“Şaxtyor” (Qazaxıstan) – “Makkabi” (Hayfa, İsrail) - 2:2
QOL: Finonçenko, 40, Tarasov, 45 - Rayo, 54, Turqeman, 79
“Alkmaar” (Hollandiya) – PAOK (Yunanıstan) - 1:1
QOL: Ceffrey, 82 - Salpinqidis, 90
1781 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi