Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyul 2014

FİFA Rusiyanın boykot edilməsini dəstəkləmədi

FİFA 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının boykot edilərək, yarışın başqa dövlətdə keçiriləcəyi ideyasını təkzib edib.

“BBC”-nin məlumatına görə, qurum məsələ ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: “Tarix göstərir ki, təcrid siyasətinin gücləndirilməsi üçün idman tədbirlərinin boykot edilməsi problemin həllində ən effektiv vasitə deyil. Dünya çempionatı bütün dünyadan olan ölkələri və komandaları birləşdirir. Qrup turnirinin oyunlarından başlayaraq final mərhələsinə kimi “fair-play” və qarşılıqlı hörmət qaydalarına riayət edilir”.

FİFA əmindir ki, dünya çempionatı xalqlar arasında konstruktiv dialoqun katalizatoru ola və müsbət sosial dəyişikliklərə gətirib çıxara bilər: “Futbol bütün problemləri, xüsusilə də dünya siyasətinin kəskinləşmiş problemlərini həll edə bilməz. Amma biz gördük ki, dünya çempionatı xeyrin silahı ola bilər. FİFA hesab edir ki, bu, 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında da belə olacaq”.
1267 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:08
Avropa və qadın
Go to TOP