Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyul 2014

Azərbaycanda güclü meşə yanğınları başlayıb

Helikopterlər havaya qaldırıldı, yüzlərlə canlı qüvvə yanğının söndürülməsinə cəlb edilib

Bu gün Cənub bölgəsində güclü meşə yanğınları başlayıb. Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumatda, Lerik rayonu, Piran kəndində dağlıq meşə zolağı ərazisində təxminən 50 ha sahədə müxtəlif növ ağaclar yanmaqda davam edir. Yanğın texnikalarının həmin ərazilərə cəlb olunmasının qeyri mümkünlüyünü (avtomobil yolundan təxminən 4-6 km yüksəklikdə) nəzərə alaraq Fövqəladə Hallar Nazirliyinin qurumlarından 41 nəfər yanğınsöndürəni, 100 nəfər MM əsgərləri, Aviasiya Dəstəsindən 1 ədəd helikopter, 1 ədəd təyyarə, 200 meşə təsərrüfatı işçisi və tırtıllı traktorlar cəlb edilib. Yanğının yayılma təhlükəsi aradan qaldırılmışdır və tam söndürülməsi işləri davam etdirilir.

Bundan başqa Lənkəran rayonu, Hirkan Milli Parkının ərazisində 20 ha sahədə meşə zolağı və dağlıq ərazidə kol-kos yanmaqda davam edir. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 75 nəfər yanğınsöndürəni, Aviasiya Dəstəsindən 2 ədəd helikopter və meşə təsərrüfatı işçilərindən 80 nəfər canlı qüvvə cəlb edilmişdir. Hazırda yanğın qayalıq ərazidə davam edir və yanğının söndürülməsi üçün müvafiq tədbirlər həyata keçirilir.
1167 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi