Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyul 2014

Qəzzadakı itkilər - İsrail 80 - Fələstin 884

İslan Müqavimət Hərəkatı olan HƏMAS iyulun 7-dən bəri 80-dən çox İsrail əsgərinin öldürüldüyü barədə açıqlama yayıb. HƏMAS-ın silahlı qanadı olan İzzəddil əl-Qəssam-ın nümayəndəsi Ebu Ubeydə bildirib ki, İsrailin 80 əsgəri öldürülüb, 300 əsgər isə yaralanıb.

"Qurbağa adam" əməliyyatı zamanı İsrailin çevik hərbi bölüyü ciddi itki verdi.

Ebu Ubeyde bildirib ki, İsrailin "Ebabil-1" adlı pilotsuz təyyarəsi vurulub, həmçinin HƏMAS-ın kəşfiyyat təyyarəsi qarşı tərəfə surpriz hazırlayıb.

HƏMAS İsrailə 1700 raket atıb. Orta hesabla hər gün 120 raket atılır.
Hayfaya 8, Təl Aviv və çevrəsinə 109, Qüdsə 19, Dimonaya 12, Bir Sebaya 26, hərbi hava limanlına 15 raket atılıb. 44 hərbi texnika, o cümlədən tanklar sıradan çıxarılıb.

Bu günə qədər 864 fələstinli ölüb, 5 min 730 nəfər yaralanıb. İsrail Qəzzaya 2 min 430 raket atıb.
Bundan başqa, Qəzzada hərbi əməliyyatlar zamanı 208 uşaq və 101 qadın ölüb. Yaralı uşaqların sayı 1779-u ötüb, yaralı qadınların sayı isə 1112-ə çatıb.

Qeyd edək ki, İsrail dünən 12 saatlıq atəşkəsə razılığını verib./teleqraf/
1302 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 21:00