Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyul 2014

Ukrayna 300-dən çox hərbçisini itirib

Ukrayna Luqansk və Donetskdə hərbi əməliyyatlara başladığı gündən indiyədək 325 hərbçisini itirib.

Ukrayna Milli Təhlükəsizlik Şurasının sözçüsü Andriy Lysenko deyib ki, Rusiyameylli separatçılarla aprelin 15-dən başlayan döyüşlərdə 1200-dən çox hərbçi yaralanıb.

Üsyançılar və mülki sakinlər arasında da yüzlərlə adamın öldüyü bildirilir.

BMT-nin hesablamalarına əsasən, Ukraynanın şərqində 230 mindən çox adam öz ev-eşiyini tərk edib. Onların 100 mininin Ukraynanın başqa regionlarına, digərlərinin Rusiyaya getdikləri bildirilir.
1183 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber