Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyul 2014

Rusiya və Çin Amerika qitəsini silahlandırır

Venesuela prezidenti Nikola Maduro ordunun gücləndirilməsi üçün Rusiya və Çindən silah alacaqlarını açıqlayıb.

Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Xi Jin-ping ilə görüşdüyünü deyən Maduro orduda əsaslı dəyişikliklər edəcək silahların yaxın zamanlarda Venesuelaya gətiriləcəyini bildirib.

Qeyd edək ki, Rusiya müdafiə sənayesinin ixracat şirkəti olan “Rosoboronexport” 2005-2009 illəri arasında Venesuela ilə təxminən 30 hərbi razılaşma imzalayıb. Dünya Silah Ticarəti Araşdırmalar Mərkəzinin məlumatlarına görə, 2012-2015 illər arasında Rusiya Venesuelaya Hindistandan sonra 3,2 milyard dollar ilə ən çox silah satan ikinci ölkə olacaq.
1293 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.04.17, 16:18