Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyul 2014

İŞİD-in bəzi mənbələrdə İLİD yazılmasının şok sirri

Cumhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Rafiq Əryılmaz İŞİD-in yeni hədəfinin Türkiyə olduğunu iddia edib.

Millət vəkili İŞİD-in Türkiyədə terror hadisələri həyata keçirmək üçün hazırlıqlar gördüyünü bildirib. Rafiq Əryılmaz İŞİD təşkilatının bəzi xəbər agentliklərində İLİD olaraq yazılmasının bəzi səbəbləri olduğunu açıqlayıb. Millət vəkilinə görə, İLİD-də yer alan “L” hərfi tarixi Levant torpaqlarını bildirir və Türkiyədən bu bölgəyə gedən tək yol Hatay şəhərindən keçir.

O, Hatay şəhərinin İŞİD-in hədəfində olduğunu bildirərək Türkiyə hökumətinə xəbərdarlıq edib.

Millət vəkili İŞİD-in Türkiyədə iki ildə cihad adı ilə xadim topladığını xatırladaraq, terror təhlükəsinin gözlənilən olduğunu bildirib.
1161 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:17