Şrift ölçüsü:
A+
A
A-
Kr
27 İyul 2014

Hakan Şükürün başı bəlada

Türkiyəli millət vəkili Hakan Şükürün çəkdirdiyi şəkillərdən biri başına bəla olub.

Türkiyənin ən məşhur futbolçularından biri, "Qalatasaray"ın sabiq ulduzu, millət vəkili Hakan Şükürün paralel hökumətə qarşı aparılan əməliyyatlarda saxlanılan şübhəli polislərlə xatirə şəkli çəkdirməsi İstanbul prokurorluğunu hərəkətə keçirib.

İstanbul prokurorluğu həmin fotoşəkillə bağlı istintaq işi başladıb.

Türkiyənin "Hürriyet" qəzetinin yaydığı xəbərdə bildirlir ki, Hakan Şükür əməliyyatlar zamanı saxlanılan polislərin olduğu həbsxanaya gələrək içəri girməyə cəhd edib. Həbsxanadakı nəzarətçi polislər ona mane olmağa çalışsalar da, o millət vəkili olduğunu xatırladaraq içəri girməyə nail olub.

Hakan Şükür içəri girdikdən sonra polislərlə xatirə şəkli çəkdirib ki, prokurorluq da məhz bu şəkilə görə onun haqqında istintaq işi başladıb./ans/
1455 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP