Şrift ölçüsü:
A+
A
A-
Kr
27 İyul 2014

Türkiyə sərhədində güclü partlayış: 40 ölü

Suriya-Türkiyə sərhədində çox sayda ölümə yol açan güclü partlayış baş verib.

Suriyanın Türkiyə sərhədindəki İdlip şəhərində yerləşən Atmə qəsəbəsi bazarında meydana gələn partlayışda 40 nəfərin öldüyü, 60 nəfərin isə yaralandığı bildirilir.

Atmə qəsəbəsi bazarında meydana gələn dəhşətli hadisə, bomba yüklü avtomobilin partlaması nəticəsində baş verib. Ölənlər arasında qadın və uşaqların da olduğu vurğulanır. Ətrafdakı bir çox sayda avtomobilə və iaşə obyektlərinə də zərər dəyib. 60-dan çox isə xəsarət alan var ki, onları da yaxınlıqdakı xəstəxanalara çatdırıblar.

Qeyd edək ki, yaralılardan bəziləri Suriya-Türkiyə sərhədindəki Cilvəgözü sərhəd-keçid məntəqəsindən keçirilərək Hataydakı müxtəlif xəstəxanalara aparılıb.

Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir./ans/
1159 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber