Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Noyabr 2013

Türkiyə ilə Belarus vizasız rejimə keçdi

Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu, “Conrad” Oteldə Belarus Xarici İşlər naziri Vladimir Makey ilə keçirdiyi mətbuat konfransında həmkarı ilə görüşməsindən məmnunluq ifadə edib. Davudoğlu eyni zamanda bundan sonra hər iki ölkənin vətəndaşlarının vizasız gediş-gəlişini təmin edən razılaşmanın əldə olunmasından razı qaldığını dilə gətirib.

Türkiyədə Belarus Mədəniyyət günlərinin keçiriləcəyini qeyd edən nazir vizasız gediş-gəliş qərarının önümüzdəki günlərdə öz təsdiqinin tam tapacağı bildirib.

Bəs görəsən Azərbaycanla Türkiyə arasında uzun zamandan bəri öz həllini tapmayan vizasız gediş-gəliş nə vaxt baş tutacaq?

Bu sualla Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayevə müraciət etdik. Nazirliyin rəsmisi bildirdi ki, hazırda bu mövzuda geniş araşdırmalar aparılır. Bu cür məsələlərin nə vaxt yekunlaşacağı isə hələ məlum deyil: “Bu məsələlər texnikidir. Buna görə də biz hazırda mütəxəssislərlə danışıqlar aparırıq. Hər iki ölkə vizasız gediş-gəlişin tərəfdarıdır. Amma bunun nə vaxt hazır olacağı haqqında dəqiq məlumat yoxdur”.
2280 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber