Şrift ölçüsü:
A+
A
A-
Kr
27 İyul 2014

Qaynanasını öldürüb evinə od vurdu

Mehdiabad qəsəbəsində ölümlə nəticələnən yanğın hadisəsi ilə bağlı maraqlı faktlar üzə çıxıb. Dünən evində yanaraq öldüyü bildirilən Məlahət Əliyusif qızı Rəsulovanın əslində öldürüldüyü məlum olub.

Bildirilir ki, ilkin olaraq heç bir yanıq xəsarəti olmayan meyitə ilkin olaraq tüstüdən zəhərlənmə diaonozu qoyulub.

Lakin bu gün ekspertizanın ilkin rəyində Məlahət Rəsulovanın boyun nahiyəsində zorakılıq əlamətlərinin aşkarlandığı və onun boğulduğu təsdiqlənib.

Qonşular bildirirlər ki, ötən gün Məlahət Rəsulovanın qızı öz nişanlısı ilə evə gəlib və ailələr arasında bir müddətdir başlayan mübahisə yenə də davam edib. M.Rəsulova gələcək kürəkəninə toydan sonra qızının öz yanında yaşaması barədə növbəti dəfə təkid edib. Bu isə kürəkəni razı salmayıb.

Evdən nişanlısı ilə çıxan və əslən Gəncədən olan gənc bir müddət sonra yenidən Mehdiabada, qayınanasının evinə qayıdıb. Az sonra isə evdən çıxıb və evdə yanğın başlayıb. Sakinlərin sözlərinə görə, M.Rəsulovanı boğan da, evi yandıran da kürəkənidir. Onun mübahisə zəminində qayınanasını qətlə yetirdiyi bildirilir.

Abperon Rayon Polis Şöbəsində faktı təsdiqləyiblər və şübhəlinin artıq həbs olunduğunu bildiriblər./axar/
1462 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:26