Şrift ölçüsü:
A+
A
A-
Kr
28 İyul 2014

İranda Xəzərdə ən böyük hərbi gəminin sınaqlarına başlayıb

İran Xəzər donanması üçün nəzərdə tutulan ən böyük hərbi gəminin sınaqlarına başlayıb.

Gəmi sınaqların keçirilməsi üçün iyulun 17-də Bəndər-Ənzəli limanından dənizə çıxıb.

Ənzəlidəki «Shahid Tamjidi Marine Industries» (STMI) gəmiqayırma zavodunda inşa olunmuş «Dəmavənd» freqatı İranın «Camaran» («Moudge» proqramı üzrə) tipli ikinci freqatıdır. İran HDQ təsnifatında destoyer kimi yer alan gəminin inşasına 2007-ci ildə start verilib və ötən ilin mart ayında suya endirilib.

«Moudge» proqramı çərçivəsində inşa olunmuş «Camaran» adlı ilk freqat 2010-cu ildə İran Hərbi Dəniz Qüvvələrinin Fars körfəzindəki donanmasının tərkibinə daxil edilib.

Freqatın uzunluğu 100 metr, sürəti 30 dəniz mili, çəkisi 1300 tondan çoxdur. Gəminin hava, dəniz və yerüstü hədəfləri müşahidə etmək üçün radiolokasiya sistemləri, habelə müasir elektron mübarizə vasitələri ilə təchiz olunduğu bildirilir.

İran Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Həbibullah Səyyari bildirib ki, İran Xəzər dənizindəki mövcudluğunu yaxın illərdə daha da gücləndirməyi planlaşdırır. Yeni gəmi dəniz şəraitində kəşfiyyat və döyüş apara bilən pilotsuz uçuş aparatları və uzaq mənzilli raketlərlə təchiz edilib./apa/



1458 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:28