Şrift ölçüsü:
A+
A
A-
Kr
28 İyul 2014

İŞİD azərbaycanlılara İstanbul məscidlərində təlim keçib Suriyaya göndərir

“İraq və Şam İslam Dövləti” (İŞİD) İstanbul məscidlərini işğal edib və Azərbaycan vətəndaşlarına bu məscidlərdə təlimat keçərək Suriya və İraqa yola salır.

Bu məlumatı Türkiyədə cəfərilər liderlərindən olan Əhli-beyt Alimləri Dərnəyinin başqanı Hasan Kanaatlı “Cümhuriyyet” qəzetinə verib.

Hasan Kanaatlı deyib ki, İŞİD İstanbulun Fatih, Ataşehir. Esenyurt və Bağçılar bölgəsində bir sıra məscidləri nəzarət altına alıb. Azərbaycandan gətirilən gənclər bu məscidlərdə təlimtlandırılıb Suriyaya yola salınır.

Dərnəyin başqanı bildirib ki, Türkiyə şiələri üçün İŞİD təhdidi getdikcə artır.

“İnsanlarımız öz təhlükəsizliklərini özləri təmin etmək istəyirlər. Deyirlər ki, qadınlarımıza təlim keçək, silahlanaq, növbə çəkək, bunları təqib edək. Biz mane oluruq. Daxili işlər naziri Afkan Aladan görüş istədik, ancaq 10 gündür cavab ala bilmirik. Bizi qəbul etsəydi mühafizə istəyəcəkdik” - deyə cəfəri lider bildirib.

Məlumata görə, bir neçə gün əvvəl cəfərilərin Məhəmmədiyyə məscidinə hücum olub və dağıdılıb. Bu hücumun İŞİD tərəfindən həyata keçirildiyi təxmin edilir.

H.Kanaatlı deyib ki, hadisədən əvvəl İŞİD üzvlərinin onları necə hədələdiyini eşidiblər.

“Sizə burada azan oxutmağa imkan verməyəcəyik” deyiblər. İŞİD-in güclü olduğu bölgələrdən biri də Fatihdir. Bağcılarda mağaza açıblar, şiələr əleyhinə broşüralar paylayırlar. Ataşehir səmtində dərnəklər qurublar. Medinə Camisi mərkəzləri onların nəzarətindədir. Azərbaycandan gətirdikləri gəncləri orada 2-3 gün qonaq edirlər, təlimat keçib Suriyaya göndərirlər. Cübbə geyindirirlər. Ötən gün Suriyadan birinin cənazəsi gəldi. Ataşehirdən idi, iki uşağı vardı. Dövlətin bu işlərdən xəbərinin olmaması mümkün deyil” - deyə cəfəri lider bildirib.

H.Kanaatlı deyib ki, bir gün evinin balkonunda oturanda küçədən keçən vəhhabilərin “Suriyada, İraqda, həmdolsun, şiələri çox yaxşı öldürdülər. Burada da başlasaydı...” deyə ona sataşdıqlarını eşidib.

Şiə lideri deyib ki, həyatı üçün narahatdır və mühafizəçilərlə təmin olunmasını istəyir./virtualaz/
1270 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber