Şrift ölçüsü:
A+
A
A-
Kr
28 İyul 2014

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
 Fitr namazının qılınma qaydasını yazardız, sağ olun
Ad: Ölkə: Müctəhid: Ayətullah Sistani

Cavab:
Bismillahir-rəhmanır-rəhim
Fitr bayramı namazı iki rəkətdir. Birinci rəkətdə Həmd və surə oxunduqdan sonra beş təkbir deyilməli və hər təkbirdən sonra bir qunut tutulmalıdır. Beşinci qunutdan sonra növbəti təkbir deyilir, ardınca rüku və səcdələr yerinə yetirilir. İkinci rəkətdə dörd təkbir deyilir və hər təkbirdən sonra qunut tutulur. Beşinci təkbirdən sonra rüku və səcdələr yerinə yetirilir. Təşəhhüd və salamla namaz başa çatır.
Bu namazın qunutunda istənilən bir duanı oxumaq olar. Amma savab məqsədi ilə bu duanı oxumaq daha münasibdir: "Əllahumməəhləl-kibriyai vəl-əzəmə və əhləl-cudi vəl-cəbəruti və əhləl-əfvi vər-rəhməti və əhlət-təqva vəl-məğfirəti əsəlukə bihəqqi hazəl-yəvmilləzi cəəltəhu lil-musliminə əydən vəlimuhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzidən ən tusəlli əla muhəmmədin və ali muhəmmədin və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi muhəmmədən və alə muhəmmədin və ən tuxricəni min kulli suin əxrəctə minhu muhəmmədən və alə muhəmmədin sələvatukə ələyi və ələyhim əllahummə inni əsəlukə xəyrə ma səələkə bihi ibadukəs-salihunə və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsun".
Fitr bayramı namazında savab ümidi ilə aşağıdakı əməlləri yerinə yetirmək müstəhəbdir:
1. Bayram namazında qiraəti ucadan oxumaq.
2. Namazdan sonra cümə namazında olduğu kimi iki xütbə oxumaq. Fərq budur ki, cümə namazında namazdan qabaq, bayram namazında namazdan sonra xütbə oxunur. (Bu xütbə camaatla qılınan namaza aiddir).
3. Bu namazlarda xüsusi bir surə oxumaq şərt deyil. Amma yaxşı olar ki, birinci rəkətdə "Səbbihismi rəbbikəl-əla" surəsinin əvvəli, ikinci rəkətdə "Vəş-Şəms" surəsi oxunsun.
4. Fitr bayramı günü bayram namazından öncə xurma ilə oruc açılsın.
5. Bayram namazından öncə qüsl verilsin, namazdan əvvəl və sonra dua kitablarında verilmiş dualardan oxunsun.
6. Bayram namazında yerə səcdə edilsin, təkbir deyilərkən əllər yuxarı qaldırılsın.
7. Fitr bayramı gecəsi şam və xiftən namazlarından sonra, fitr günü sübh, günorta və ikindi, eləcə də bayram namazından sonra bu təkbirlər deyilsin: "Əllahu əkbər, əllahu əkbər, la ilahə illəllahu vəllahu əkbəru, əllahu əkbəru və lillahil-həmd, əllahu əkbəru əla ma hədana"
8. Bayram namazı açıq fəzada qılınsın.
1263 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...