Şrift ölçüsü:
A+
A
A-
Kr
29 İyul 2014

Azərbaycanda daha bir ana doğuş zamanı ölüb

Azərbaycanda doğuş zamanı daha bir ana ölümü baş verib.

Hadisə 3 saylı Şəhər Klinik Xəstəxanasının doğum şöbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Nuranə Əliyeva doğuş üçün əməliyyata qaldırılıb.

Əməliyyat nəticəsində uşaq ana bətnindən götürülüb. Lakin N. Əliyeva narkozdan ayılmayıb.

3 saylı Şəhər Klinik Xəstəxanasının doğum şöbəsindən faktı təsdiqləyiblər.

Lakin ölümün səbəbləri barədə əlavə açıqlama verilməyib./apa/
1232 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber