Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyul 2014

Netanyahu ilə Obamanın gizli telefon danışığı yayıldı – Stenoqram

İsrailin “Kanal 1” televiziyası İsrail Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Barak Obama arasında olan telefon danışığının stenoqramını yayımlayıb.

 Stenoqramı təqdim edirik: 

Barak Obama: İsrailin təcili olaraq birtərəfli atəşkəsi qəbul etməsini və bütün təcavüzkar fəaliyyətlərini, xüsusilə hava hücumlarını dayandırmasını istəyirəm.

Benyamin Netanyahu: İsrail atəşkəs qarşılığında nə alacaq?

B.O: HƏMAS-ın raket hücumunu dayandıracağına inanıram. Sükunət sükunətlə qarşılıq tapacaq.

B.N: HƏMAS daha əvvəlki beş atəşkəsi pozdu. O özünü İsrailin məhvinə həsr etmiş terror təşkilatıdır.

örüntülər İsrailin mövqeyinə fasilə verməsini tələb edir. 

B.O: Təkrar edirəm, İsrailin bütün hərbi fəaliyyətlərini birtərəfli olaraq dayandırmasını gözləyirəm. Qəzzadakı görüntülər İsrailin mövqeyinə fasilə verməsini tələb edir.

B.N: Kerrinin təklifi tamamilə reallıqdan kənar idi və HƏMAS-a hərbi və diplomatik qazanclar gətirirdi.

B.O: İsrailin hərbi fəaliyyətlərini dayandırmasından sonrakı bir həftə ərzində Qətər və Türkiyə HƏMAS-la 2012-ci ildəki məsələni - İsrailin mühasirəsi və Qəzzaya qarşı tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətindəki vədi də müzakirəyə çıxaracaqlar.

B.N: Qətər və Türkiyə HƏMAS-ın ən əhəmiyyətli dəstəkçiləridir. Onların ədalətli olacaqlarına inanmağımız mümkün deyil.

B.O: Mən Qətər və Türkiyəyə güvənirəm. İsrail öz vasitəçilərini seçəcək mövqedə deyil.

B.N: Etiraz edirəm, çünki HƏMAS raket atmağa və tunellərdən terror fəaliyyətləri üçün istifadə etməyə davam edə bilər…

B.O: (Netanyahunun sözünü kəsərək) Bu saatdan sonra top İsraildə. Bütün hərbi fəaliyyətləri sona çatdırmalısınız./axar/

1070 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi