Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyul 2014

Xirosimaya bomba atanların sonuncusu öldü

1945-ci ildə Xirosimaya atom bombası atan B-29 “Enola Gey” qırıcısının sonuncu ekipaj üzvü, ABŞ-da yaşayan Teodor Van Kirk 93 yaşında ölüb.

Cinayətkarın oğlu bildirib ki, onun ölümü 28 iyul tarixində ABŞ-nin Corciya ştatının Stoun-Mauntin şəhərində baş verib.

“Holland” ləqəbli Teodor Van Krik “Enola Gey”in şturmanı olub. Xirosimanın bombardımanı zamanı onun 24 yaşı olub. Lakin bu yaşda o artıq 58 döyüş uçuşu edən səriştəli pilotlar sırasında idi.

Xatırladaq ki, B-29 “Enola Gey” qırıcısı 1945-ci ilin 6 avqustunda Xirosimanın mərkəzinə “Körpə” adı qoyulmuş uran yüklü bomba atır.

Bombanın tratil ekvivalenti 20 min tonn təşkil edirdi. Partlayış, təxminən, yüz qırx min adamın həyatına son qoyub.
887 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı