Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyul 2014

Ata oğulluğunu öldürdü

Ata oğulluğunu öldürdü Bakının Xəzər rayonunda qətl hadisəsi törədilib.

Rayon Polis İdarəsindən verilən məlumata görə, Buzovna qəsəbəsi Aydın Xəlilov küçəsi döngə 2, ev 7 ünvanının qarşısında həmin mənzildə yaşayan 1969-cu il təvəllüdlü Hüseynov Ağaməmməd Ağaəli oğlu oğulluğu, 1981-ci il təvəllüdlü Həsənov Samir Maşallah oğlunu bıçaqlayıb. Ağır bədən xəsarətləri almış Samir Həsənov xəstəxanaya aparılarkən yolda keçinib. Hadisəni törətmiş ata saxlanılıb.

İlkin məlumata görə, hadisə ailə-məişət münaqişəsi zəminində törədilib. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır./lentaz/
1104 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...