Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyul 2014

Qəzzada 110 İsrail hərbçisi həlak olub - HƏMAS

HƏMAS-ın hərbi qanadı “İzəddin əl-Qəssam Briqadaları” İsrailin Qəzza sektorunda iyulun 17-dən etibarən həyata keçirdiyi yerüstü əməliyyatlarda 110-dan çox işğalçı İsrail hərbçisinin ölməsi barədə məlumat yayıb.

“Anadolu” agentliyinin verdiyi xəbərə görə, İsrail ordusu bu günə olan itkilərinin 48 nəfər təşkil etməsi barədə məlumat verib.

Qəzzadakı Fələstin hökumətinin Səhiyyə nazirliyinin mətbuat katibi Əşrəf əl-Küdri bundan əvvəl iyulun yeddisindən, “Müdafiə səddi” əməliyyatı başladığı zamandan etibarən ölən fələstinlilərin sayının 1119 nəfər, yaralıların isə 6550 nəfər təşkil etməsi barədə məlumat verib./SalamNews /
1148 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 00:45