Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyul 2014

Yaralanan hərbçimiz snayper imiş

“Azərbaycan ordusunun yaralanan hərbçisi hazırda Şəmkir hərbi hospitalındadır”.

Bu açıqlama ilə Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin Qazax-Ağstafa filialının başçısı Xamis Məsimov öz Feysbuk səhifəsində çıxış edib.

O, yaralanan hərbçinin snayper olduğunu bildirib:

“Dünən Qazax rayonunun Quşcu Ayrım kəndi istiqamətində gedən atışma nəticəsində yaralanan MAXE-nin adı Tural Mustafayevdir. O, ordumuzun snayperi imiş. Qarnından və bir qolundan 7.62 güləsi ilə yara alıb və Şəmkir hərbi hospitalına evakuasiya edilib. Ümumi vəziyyəti haqqında məlumat verəcəyik”.

Xatırladaq ki, Müdafiə Nazirliyinin rəsmi saytının yazdığına görə, iyulun 29-u axşam saatlarında düşmənin atəşkəsi pozması nəticəsində 1992-ci il təvəllüdlü, Ağstafa rayonundan hərbi xidmətə çağırılmış müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, əsgər Mustafayev Tural Natiq oğlu cəbhənin Qazax rayonu istiqamətində yaralanmışdı.
1004 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 11:50