Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyul 2014

Ukrayna ordusunun təyyarəsi vuruldu

Donetskdə Rusiya yönümlü silahlılar Ukrayna ordusuna məxsus təyyarəni vurublar.

Ukrayna mətbuatı yazır ki, təyyarə Donetsk səmasında separatçıların nəzarəti altında olan blokpostlardan birindən atəş açılması nəticəsində vurulub.

Yerli sakinlərin sözlərinə görə, təyyarə vurulmamışdan bir neçə saniyə əvvəl 7-8 nəfər paraşütlə tullanıb. Həmin şəxslərdən xəbər yoxdur.

Təyyarənin hərbi və ya yük təyyarəsi olduğu barədə məlumat verilmir. Separatçı Donetsk Xalq respublikası isə təyyarənin vurulmasını təsdiqləməyib.
952 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.06.17, 09:59
"Danışmaq yasaqdır"