Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Oktyabr 2013

ABŞ-da büdcə böhranı dərinləşir

Barak Obama: "Maskaraya son qoyun"
ABŞ prezidenti çıxışında Konqresin heç bir ideoloji şərt qoymadan büdcəni qəbul etməli olduğunu deyib

Siyasət Amerika Birləşmiş Ştatlarında bir necə gündür ki, başlayan büdcə böhranı davam edir. Ötən gün prezident Barak Obama böhrana son qoymaq üçün görüşlər keçirsə də, onun cəhdləri uğursuzluqla nəticələnib.

Obama paytaxt Vaşinqtonda qatıldığı tədbirlərin birində, hökumətin bağlanmasının hər hansı bir iqtisadi böhranla deyil, Respublikaçılar üzündən olduğunu deyib. "Bu məsələni bitirməyin tək yolu var- Konqres heç bir ideoloji şərt qoymadan büdcəyi qəbul etməlidir. 5 dəqiqə ərzində büdcənin təsdiqlənməsinin qarşısını alan yeganə şey Nümayəndələr Palatasının rəhbəri Con Boehnerdir. Çünki o partiyasındakıları əsəbləşdirmək istəmir".
Obama Konqres üzvlərinə müraciət edərək maskaradı dayandırmağa və büdcəni təsdiqləməyə çağırıb. "Bu problemə dərhal son verin".

Qeyd edək ki, konqresmenlər Obamanın əsas təşəbbüslərindən biri olan səhiyyə sahəsində islahatların maliyyələşməsini dayandırmağa, maliyyələşməsini yubatmağa çalışırlar. “Obamacare” pulsuz səhiyyənin olmadığı Amerikada ucuz müalicə xidməti yaratmaq və əhalinin səhiyyə məqsədləri üçün xərclərini azaltmaq məqsədi güdür./ans
1561 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı