Şrift ölçüsü:
A+
A
A-
Kr
31 İyul 2014

Paytaxtda ağır qəza baş verib, meyit və yaralı hadisə yerindən qaçırılıb

Bakının Xəzər rayonunda ağır yol qəzası baş verib.

Hadisə Maştağa-Buzovna yolunda, “Albalılıq” adlanan ərazidə qeydə alınıb. “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib və maşını yol kənarındakı işıq dirəyinə çırpıb. Nəticədə avtomobildəki sərnişin hadisə yerində dünyasını dəyişib. Qəzadan sonra avtomobil alışmağa başlayıb. Ərazidə olan sakinlərin köməkliyi ilə avtomobil söndürülüb, yaralı sürücü və ölən sərnişinin meyiti avtomobildən çıxarılıb.

Daha sonra VAZ-21011 markalı naməlum avtomobil hüquq-mühafizə orqanları əməkdaşlarının gəlişini gözləmədən meyiti və yaralı şəxsi hadisə yerindən uzaqlaşdırıb. Xəzər Rayon Polis İdarəsinin əməkdaşları meyitin və yaralı sürücünün axtarışlarına başlayıblar. Aparılan araşdırmalardan sonra sürücü və sərnişinin şəxsiyyətini dəqiqləşdirmək mümkün olub. Polis İdarəsindən verilən məlumata görə, avtomobili 45 yaşlı Yaqub Həsənov idarə edib. Qəza nəticəsində dünyasını dəyişən sərnişin isə 44 yaşlı Etibar Quliyevdir. Hər iki şəxs Maştağa sakinidir.

İlkin ehtimala görə, qəzaya sürücünün sükan arxasına sərxoş vəziyyətdə əyləşməsi və avtomobili yüksək sürətlə idarə etməsi səbəb olub./apa/
1355 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP