Şrift ölçüsü:
A+
A
A-
Kr
31 İyul 2014

Sionist İsrailin cinayətləri davam edir - 15 şəhid

Qəzzada bazar bombardman olunub, azı 15 nəfər ölüb, 150-dək fələstinli yaralanıb

Qəzzanın şərq ətrafında bazar ötən gün axşam saatlarında bombardman olunub, nəticədə azı 15 nəfər ölüb, 150-dək fələstinli yaralanıb.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə yerli Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl Kidra bildirib.

Qeyd edək, zərbələr İsrailin elan etdiyi “humanitar atəşkəs” zamanı endirilib.

“Şicaiyyə rayonu ərazisində yerləşən bazarın bombardman olunması nəticəsində azı 15 nəfər ölüb, 150-dək insan yaralanıb”, deyə Kidra bildirib.
1179 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:28
Tramp: &