Şrift ölçüsü:
A+
A
A-
Kr
31 İyul 2014

Sürücü sərxoş polis rəisini döydü

Bir neçə gün öncə yol polisi əməkdaşlarının İsmayıllıda keçirdiyi reydlər zamanı insident baş verib.

Rayon sakinlərinin bildirdiyinə görə, İsmayıllı rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinin rəisi Əhməd Cəlilov keçirdiyi reyd zamanı yol hərəkəti qaydalarını pozan Fuad adlı sürücüyə saxlama əmir verib.

Sürücü maşını tərk edərək polis rəisinə yaxınlaşıb və hansı səbəbdən saxlanıldığını dəqiqləşdirmək istəyib. Hadisə şahidlərinin sözlərinə görə, Əhməd Cəlilov sürücünün ünvanına söyüş və təhqiramiz ifadələr işlədib. Bundan hiddətlənən sürücü Ə.Cəlilova bir neçə yumruq zərbəsi endirib. Tərəflər əlbəyaxa olublar. Hadisə yerinə gələn Post Partul Xidmətinin əməkdaşları sürücünü polis bölməsinə aparıblar.

Sürücünün yaxınları dərhal DİN-in 102 xidmətinə müraciət edərək hadisənin araşdırılmasını, Ə.Cəlilovun işlətdiyi söyüşlərə görə cəzalandırılmasını tələb ediblər.

Şahidlərin iddialarına görə, Əhməd Cəlilov reyd zamanı sərxoş vəziyyətdə olub./azvision/
1184 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:26