Şrift ölçüsü:
A+
A
A-
Kr
31 İyul 2014

İraq ordusu Mosulun hava limanını bombalayıb

İraq ordusunun hərbi təyyarələri terrorçuların nəzarətində olan Mosul hava limanına ağır zərbələr endirib.

"SumariyaNews”un verdiyi xəbərə görə, İraq ordusunun sözügedən əməliyyatı son iki ayda ən şiddətli olub. Yerli mənbələr Mosul hava limanının bombalanması zamanı “İslam Dövləti” terror təşkilatının verdiyi canlı və maddi itkilərin maksimum olduğunu bildiriblər. Belə ki, burada terrorçuların hərbi sursat üzrə əsas məsul şəxsi Abdul-Basit İnadullah öldürülüb.

Dünən Bağdadın şiələr məskunlaşan qəsəbələrində törədilən iki terror aktında həlak olanların sayı 15-ə çatıb. Eyni zamanda sünnilərə də hücum olub. İraq polisi Baquba şəhərində 15 sünni vətəndaşın öldürülərək işıqforlara bağlanıldığını açıqlayıb./SalamNews/
1091 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.05.17, 11:41
YENƏ İNTİHAR
25.05.17, 14:49
KARİKATURA
24.05.17, 10:09
Çaya HİL əlavə edin
24.05.17, 09:52
KARİKATURA
24.05.17, 09:48
YENƏ İNTİHAR
23.05.17, 15:58
Astara sakini intihar edib