Şrift ölçüsü:
A+
A
A-
Kr
31 İyul 2014

Leyla Yunusun qızı BMT və demokratik ölkələrə müraciət etdi

"İnanıram ki, yalnız demokratik qüvvələri dəstəkləməklə mənim ana və atama qarşı olan ittihamların ləğvinə təsir etmək olar".

Leyla və Arif Yunusların qızı Dinara Yunusova BMT-nin insan haqları üzrə xüsusi məruzəçisinə, demokratik ölkələrin prezidentlərinə, beynəlxalq hüquq müdafiə təşkilatlarına və valideynlərinin həmkarlarına məktubla müraciət edib. Meydan TV-nin yaydığı məktubun mətnini olduğu kimi təqdim edirik:

Mənim valideynlərim - Leyla və Arif Yunusun azadlıqlarına təhlükə yaranıb. Onlar ağır cinayətlərdə ittiham olunur, o cümlədən, vətənə xəyanətdə. Bu ittihamlar sifarişli səciyyə daşıyır. Son 30 ildə valideynlərimin fəaliyyəti Azərbaycan Konstitusiyası çərçivəsində insan hüquqları və azadlıqlarına həsr olunub. Onlar siyasi məhbuslar, işgəncələr, Qarabağ münaqişəsi ilə bağlı fəal mövqe tutub və bu prosesdə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin prinsiplərinə əsaslanıblar.

Mən hakimiyyətlərin azad və müstəqil hüquq müdafiəçilərinə dözümsüz yanaşdığı ölkələrdə demokratik dəyərlərə səs verən hər kəsə çağırış edirəm. İnanıram ki, yalnız demokratik qüvvələri dəstəkləməklə mənim ana və atama qarşı olan ittihamların ləğvinə təsir etmək olar./musavat/
1267 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP