Şrift ölçüsü:
A+
A
A-
Kr
31 İyul 2014

Azərbaycanlı minaya düşdü

Ukraynada azərbaycanlı minaya düşərək ölüb.

Hadisə qızğın döyüşlərin getdiyi Luqanskda baş verib. Telman Sədi oğlu Cəfərov adlı azərbaycanlı minaya düşərək həlak olub. Bu barədə məlumatı Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov deyib.

O, bildirib ki, həmin ərazidə vəziyyət gərgin olduğundan azərbaycanlılar təlaş içindədir: "Hazırda azərbaycanlıların həmin ərazilərdən başqa yerlərə köçürülməsi ilə bağlı fikirlər səslənir".

Məlumata görə, T.Cəfərov və digər 3 nəfər azərbaycanlı qoyun otaran zaman gülləboran ediliblər.
T.Cəfərov başından güllə yarası alıb. Digər 3 nəfərdən isə xəbər yoxdur.
Ölən azərbaycanlı iki uşaq atası olub.

Qeyd edək ki, həlak olan azərbaycanlı ilə bağlı əlavə məlumatlar veriləcək.

Ötən sutka ərzində Luqanskda atışma nəticəsində 3 nəfər ölüb. Onlardan biri 15 yaşlı yeniyetmədir.
Şəhərdə atışma nəticəsində bir necə evə ziyan dəyib, 50 min sakin elektrik enerjisiz qalıb./ans/
1139 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP