Şrift ölçüsü:
A+
A
A-
Kr
31 İyul 2014

Snouden Rusiyadan siyasi sığınacaq tələb etdi

ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) keçmiş əməkdaşı Edvard Snoudenin Rusiyadan siyasi sığınma tələb etdiyi bildirilir, - AA.
Snoudenin vəkili Anatoli Kuçerena jurnalistlərə verdiyi açıqlamada bildirib ki, müvəkkilinin 1 avqustda müvəqqəti sığınacaq müddəti başa çatacaq və bu səbəbdən də hələ də olduğu Rusiyadan siyasi sığınacaq tələb edib. "Siyasi sığınacaq almaq üçün lazım olan sənədləri hazırladıq və təqdim etdik. Rusiya Federal İmmiqrasiya Xidmətinin müəyyən prosedurları var, mövzunun bu gün, ya da sabah həll ediləcəyinə ümid edirik", - deyə Kuçarena bildirib.
"NSA"nın ABŞ-ın digər ölkələrdə milyonlarla insanın telefon danışıqlarını yazaraq kəşfiyyat məlumatları topladığını ortaya çıxaran sənədləri sızdırmaqla gündəmə gələn Snouden 23 iyun 2013-cü ildə Rusiya avia şirkəti Aeroflota məxsus təyyarə ilə Honq Konqdan Şeremetyevo aeroportuna gəlib, burada Rusiya gömrük sərhəddini keçməyərək aerodromun tranzit bölümündə qalıb. Snouden aeroportdan çıxmasını və digər ölkələrə gedə bilməsini təmin etmək üçün vəkili Kuçerena vasitəsiylə Rusiyadan müvəqqəti sığınacaq tələb etmişdi. Tələbi qiymətləndirən Rusiya Federal İmmiqrasiya Xidməti ona 1 avqustda 1 illik müvəqqəti sığınacaq haqqı vermişdi./deyerler/
1278 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı