Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Noyabr 2013

Suriya ordusu əl-Səfirə şəhərini terrorçulardan azad etdi (Foto)

Azadxeber.net internet qəzeti xəbər verir ki, Suriya Milli Ordusu bir ay davamlı sürətdə apardıqları anti-terror əməliyyatları nəticəsində əl-Səfirə şəhərini tamami ilə vəhabi terrorçulardan təmizləyib.
 
Əl-Səfirə şəhəri, Suriya Müdafiə Nazirliyinin silah istihsal etmə emalatxanalarına yaxın məntəqədə yerləşdiyi üçün böyük strateji şəhərlərdən biri sayılır. Habelə qeyd olunan şəhər, Hələb və Homs şəhərlərini bir-birinə bağlayan “Səlmiyyə” yolu yaxınlığında yerləşir.
 
Terrorçular ələ keçirtdikləri şəhəri saxlamaq üçün ümumi səfərbərlik elan etsələr də, Suriya Milli Ordusu “Milli Müdafiə” briqadalarının köməkliyi ilə şəhəri üç istiqamətdən mühasirəyə alaraq, havadan şəhəri bombalayıb və terrorçuları geri çəkilməyə məcbur edib.
 
Anti-Terror əməliyyatları zamanı yüzlərlə terrorçu zərərsizləşdirilib. Sağ qalan terrorçuların isə yarısı əsir düşüb, qalanları isə qaçmağa məcbur olub.
 
 
 
 
 
 
2185 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:21