Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Avqust 2014

İsraillə Həmas arasında atəşkəs

BMT Baş katibi Pan Ki-Mun və ABŞ-ın dövlət katibi Con Kerri işğalçı İsraillə HƏMAS arasında üç günlük atəşkəsin elan olunması ilə bağlı razılıq əldə ediblər.
Türkiyə mətbuatının verdiyi məlumata görə, baş katibin və dövlət katibinin yaydığı birgə məlumatda qeyd olunur ki, BMT nümayəndəsi Robert Serri tərəflərdən 3 günlük ataşkəslə bağlı razılıq əldə edib.

Atəşkəsin bu gün səhərdən qüvvəyə mindiyi və 72 saat davam edəcəyi bildirilir. Bu müddətdə Qəzzada yaşayan vətəndaşlar lazım olan ehtiyaclarını qarşılayacaq, cənazələrini dəfn edəcək, yaralıları müalicə etdirəcək və qida ilə təmin olunacaqlar.
1093 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP