Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Avqust 2014

Hüquq müdafiəçisinin evində axtarış aparılıb

Hüquq müdafiəçisi Rəsul Cəfərov bu gün Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verib.

R. Cəfərov bu barədə “facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

O bildirib ki, idarədə şahid qismində dindirilib və ona ünvanlanmış bütün suallara cavab verib.

R. Cəfərov qeyd edib ki, daha sonra onun mənzilində axtarış aparılıb: “Axtardıqları heç bir sənəd mənzildə yox idi. Bunu əvvəlcədən də demişdim, amma axtarış da apardılar. Axtarışdan sonra istədikləri sənədlərin bir qismini saxlamağa verdiyim qohumlarımdan götürdüm və Baş Prokurorluğa təqdim etdim. Hər şey qaydasındadır”.

R. Cəfərov qeyd edib ki, onun gizlədəcəyi heç nə yoxdur: “ Maliyyə vəsaitləri açıq şəkildə hesaba daxil olub və çıxarılıb. Bütün zəruri maliyyə sənədlərimiz var, fəaliyyətimiz barədə mütəmadi olaraq məlumat veririk. Biz sırf hüquq-müdafiə işi ilə məşğuluq və işimizi davam etdirəcəyik”.

Qeyd edək ki, jurnalist Rauf Mirqədirovla bağlı başlanmış cinayət işinin araşdırması zamanı bir çox QHT rəhbəri və jurnalist şahid qismində cəlb edilərək dindirilib. Dünən isə hüquq müdafiəçisi Leyla Yunus istintaqa ifadə verdikdən sonra saxlanılıb və barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Onun həyat yoldaşı Arif Yunusla bağlı da iki maddə ilə ittiham irəli sürülüb, lakin səhhəti ilə bağlı başqa yerə getməməsi ilə bağlı izahat alınaraq sərbəst buraxılıb.

Bu iş üzrə dindirilmiş digər hüquq müdafiəçisi Mətanət Əzizova isə ölkəni tərk edib./apa/
1151 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 10:30