Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Avqust 2014

Morqun qapısında düşündürən Quran ayəsi (Foto)

İşğalçı İsrailin iyulun 8-də Qəzzaya qarşı havadan və qurudan başlatdığı hərbi əməliyyatlar nəticəsində 1 400 nəfərdən çox ölən, 8 minə yaxın isə yaralı var. Bombardıman nəticəsində xəstəxanaların, məktəblərin, məscidlərin, ictimai binaların və fərdi yaşayış evlərinin yerlə yeksan edildiyi Qəzzada yerli sakinlər ərzaq, su, dərman böhranı ilə qarşı-qarşıya qalıb.

İşğalçı İsrail qondarma baş naziri sionist Benyamin Netanyahu əməliyyatlar barədə verdiyi açıqlamada HƏMAS-la mübarizənin davam edəcəyini desə də Qəzza morqları döyüşlə birbaşa əlaqəsi olmayan günahsız insanların meyitləri ilə dolub.

Morqlardan birinin qapısında isə insanları düşündürən və riqqətə gətirən bir Quran ayəsi yazılıb.

Tövbə surəsinin 111-ci ayəsində belə buyurulur:

إِنَّ اللَّهَ اشْتَرَىٰ مِنَ الْمُؤْمِنِينَ أَنْفُسَهُمْ وَأَمْوَالَهُمْ بِأَنَّ لَهُمُ الْجَنَّةَ ۚ يُقَاتِلُونَ فِي سَبِيلِ اللَّهِ فَيَقْتُلُونَ وَيُقْتَلُونَ ۖ وَعْدًا عَلَيْهِ حَقًّا فِي التَّوْرَاةِ وَالْإِنْجِيلِ وَالْقُرْآنِ ۚ وَمَنْ أَوْفَىٰ بِعَهْدِهِ مِنَ اللَّهِ ۚ فَاسْتَبْشِرُوا بِبَيْعِكُمُ الَّذِي بَايَعْتُمْ بِهِ ۚ وَذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ

"Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur (uğurdur)!"


/ans/
1331 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 10:58