Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Noyabr 2013

İnternetdəki saytların sayı 800 milyona yaxınlaşıb

İnternetdə fəaliyyət göstərən saytların sayı 800 milyona yaxınlaşıb

“Netcraft” analitik şirkətinin məlumatına əsasən, noyabrın 1-də internetdə 785293473 sayt və bloq fəaliyyət göstərib ki, bu da ötən ayla müqayisədə 18 milyon daha çoxdur. Ən yüksək artım “Microsoft IIS” məhsullarında qeydə alınıb. Onun bazasına daha 13,2 milyon host əlavə edilib və nəticədə “Microsoft”un ümumi bazar payı 1.15% artıb.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “nginx” serverinin bazar payı isə əksinə 2%-lik azalaraq 14% olub. Son ayda “nginx” serveri tərəfindən xidmət edilən saytların bazası 13,1 milyon sayt azalıb. Bu halda, “nginx” serverini tərk etmiş istifadəçilərin yalnız 1,2 milyonu “Microsoft IIS” serveri, 1.4 milyonu isə “Apache”dan istifadəyə keçiblər. Ötən ay mövcud olmuş 23 milyon qovşaq hazırda domenlərin qeydiyyat müddətinin qurtarması ilə üz-üzə qalıblar. / İctnews/
2115 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:5