Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Avqust 2014

Daha 2 ölkə işğalçı İsraillə əlaqələri kəsdi

Daha 2 ölkə işğalçı İsraillə diplomatik əlaqələri kəsib.

Fələstin xarici işlər nazirliyi Vail əl-Patriki verdiyi açıqlamada bildirib ki, Argentina, Çili, Peru və Salvadorun ardından Braziliya ilə Ekvador da İsraildəki səfirlərini geri çağırıb.

Nazir Braziliya və Ekvadorun İsrailin Qəzza zolağında törətdiyi qırğınlar səbəbindən səfirlərini geri cağırdığını deyib.

Fələstin rəsmisi Latın Amerikası ölkələrinin səfirlərini İsraildən geri çağırmasını təqdir etdiyini deməklə yanaşı, hərbi əməliyyatların dayandırılması üçün başqa dövlətlərin də analoji addım atmasını gözlədiklərini sözlərinə əlavə edib.

Qeyd edək ki, Boliviya 2009-cü ildən İsraillə əlaqələrini Fələstin torpaqlarını işğal etdiyi səbəbindən kəsib və yəhudi dövlətini terrorçu ölkə adlandırıb.

İsrail Latın Amerikası ölkələrinin bu addımında təəssüfləndiyini açıqlayıb.
1226 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP